Şəmkirdə avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb 

Şəmkir rayonunda azyaşlınım ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

«Report»un Qərb bürosunun məlumatına görə, 2019-cu il təvəllüdlü A.İslamlını Sərxan kəndində «VAZ-21015» markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.





Source link

Comments (0)
Add Comment