Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.
«Report» PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan I Liqasına vəsiqə qazanan «Cəbrayıl»ın üzvü «Araz Saatlı» ilə keçirilən pley-off oyunundan sonra komanda yoldaşları ilə vidalaşıb.
Qyed edək ki, 35 yaşlı futbolçu karyerası ərzində «Turan Tovuz», «İnter» (Bakı), «Qarabağ», «Bakı», «Zirə», «Qəbələ», «Sumqayıt» və «Şamaxı» klublarının formasını geyinib.