Türkan onunla şəkil çəkdirmək istəyən kişini itələdi

Müğənni Türkan Vəlizadə onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya verib. 

Lent.az-ın xəbərinə görə, Bakıda restoranların birində şou proqramda çıxış edərkən bir nəfər kişi Türkanla şəkil çəkdirmək üçün yaxınlaşıb.

Türkan əvvəlcə razılıq versə də, həmin kişi əlini Türkanın çiyninə qoyaraq poz vermək istəyib. Müğənni dərhal sərt reaksiya verib və onun əlini itələyib.

Türkan Vəlizadənin bu görüntüləri sosial şəbəkədə yayılıb.



Source link

Comments (0)
Add Comment