Qonşu qadını 1 yaşlı uşağının gözü önündə öldürdü


Türkiyədə qadın qonşusu tərəfindən qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfa şəhərinin Bağlarbaşı məhəlləsindəki binalardan birində baş verib. Tikintidə çalışan kişi evə qayıdıb 1 uşaq anası olan 29 yaşlı arvadı suriyalı Nur Süleymanın meyiti ilə qarşılaşıb.

Meyitin boğaz və bədəninin müxtəlif yerlərində bıçaq xəsarətləri olub. Məlumata görə, qadın 1 yaşlı uşağının gözü önündə öldürülüb.

Hadisə yerinə gələn polislər qətllə əlaqədar olaraq, həmin binada yaşayan və adı açıqlanmayan bir nəfəri saxlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.



Source link

Comments (0)
Add Comment