Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları milli təhlükəsizliyə xələl gətirmək və ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını alıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, Milli Polisin Strateji Təhqiqatlar Departamentinin rəhbəri Andrey Rubel “qanuni oğru”larla mübarizə, hüquqi alətlər və onun effektivliyindən danışıb. O qeyd edib ki, cinayətkarlığın 680 nümayəndəsi sanksiya altındadır, daha 382 nəfərin Ukraynaya girişi qadağan edilib.
Rubel deyib ki, ruslar Şakro Molodoy adlı “qanuni oğru” vasitəsilə bizim həbsxanalara təsir etmək, istintaq təcridxanalarında və koloniyalarda iğtişaşlar törətmək istəyirlər. Polis Şakro Molodoy barəsində bu sözləri deyib:
“Başa düşürük ki, o, Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə saxlayır, çünki həbsdən belə asanlıqla çıxmazdı. Ruslar onun vasitəsilə bizim həbsxanalara təsir etmək, istintaq təcridxanalarında, koloniyalarda iğtişaşlar törətmək istəyirdilər. Biz qrafikdən əvvəl işlədik və alınmadı — bu vəziyyətə tam nəzarət edirik”.
Tam miqyaslı işğalın əvvəlində ölkənin müəyyən bölgələrində təlim keçirilib. Orada polis başa düşüb ki, bu ərazilərdə vəziyyət kriminal əlaqələrə görə sabitliyi poza bilər.
Bildirilir ki, Ukraynanı müdafiə edəcək 350 məhbus artıq cəzaçəkmə yerlərindən azad edilib. Bunu “The New York Times” qəzetinə müsahibəsində Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.