İsmayıllıda gənc oğlan qohumunu bıçaqladı

İsmayıllıda bıçaqlanma olub. 

Lent.az xəbər verir ki, hadisə ötən gecə İsmayıllı rayonunda qeydə alınıb. Rayon sakini, 31 yaşlı  Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində qohumu, 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.



Source link

Comments (0)
Add Comment