Biləsuvarda yerləşən Cəbrayıl qəsəbələrində yaş barama tədarükünə başlanılıb


Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində də baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür.

«Report»un Muğan bürosunun məlumatına görə, bu il artıq 7-ci ildir ki, qəsəbələrdə ipəkqurdu bəslənilir.

Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5 tona yaxın yaş baramanın istehsalı nəzərdə tutulub.

Bu gündən artıq yaş barama tədarükünə başlanılıb və 21 kümçü tərəfindən “Azəipək” MMC-yə 1 387 kq yaş barama təhvil verilib.

Hazırda yaş barama tədarükü davam etdirilir.





Source link

Comments (0)
Add Comment