Bakıda DƏHŞƏT: qadın sevgilisini yatdığı yerdə öldürdü

Bakıda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Samir İsrafilovla hadisəni törədən Ruhiyyə Tahirova sevgili olub.

Onlar uzun müddət qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar. 

İlkin məlumata görə, qadın sevgilisini yatdığı yerdə öldürüb.  

***

saat 09:57

Mayın 30-da səhər saat 9 radələrind Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 



Source link

Comments (0)
Add Comment