71 yaşlı kişi gecə dalaşdığı arvadını səhər öldürdü


Türkiyədə 71 yaşlı kişi arvadını öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Ərzurum şəhərinin Palanöken qəsəbəsində baş verib. 2 ildir aralarında problemlər davam edən Halil və Hangül Ciğerli gecə saatlarında mübahisə ediblər.

Səhər yuxudan oyanan Halil Ciğerli 73 yaşlı arvadının yatdığı otağa gedərək tapançadan başına 2 dəfə atəş açıb. Daha sonra polisə zəng edərək qətl törətdiyini deyib və təslim olub.

Hadisə yerinə gələn polislər yaşlı kişini ifadəsi alınması üçün idarəyə aparıblar.



Source link

Comments (0)
Add Comment