Vəkilin 16 yaşlı oğlu xadiməni öldürdü


Moskvalı vəkil Semyon Melnitskinin 16 yaşlı oğlu Yeni Moskvada xadimənin qətlinə görə saxlanılıb. İstintaqın məlumatına görə, o, 67 yaşlı qadına bıçaqla hücum edib.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, əvvəlcə kiçik Melnitski həmin axşam ev işçisi ilə mübahisə edib. Məlumata görə, o, qadın vanna otağına girənə qədər gözləyib. Daha sonra bıçaq götürərək, ona hücum edib və təxminən 10 dəfə vurub. Qadın qan itkisindən yerindəcə keçinib. Yeniyetmə heç nə xatırlamadığını iddia edir.

Moskva İstintaq Komitəsi faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açıb.



Source link

Comments (0)
Add Comment