Bakıda hədə-qorxu ilə bir nəfərin 800 manatını aldılar

Bakı sakini olan bir nəfər şəxsdən hədə-qorxu gəlməklə 800 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Misirov saxlanılıb. Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır.



Source link

Comments (0)
Add Comment