Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verərdi.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali mayın 14-də İrəvanda “Dayanıqlı ticarət, enerji və logistika marşrutlarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda keçirilən müzakirələr çərçivəsində bildirib.
Müzakirələr Avropa Yenidənqurma və İnkişaf Bankının iclası zamanı baş tutub.