Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin «Kocaelispor» klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.
«Report»un məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, «Kocaelispor» 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.