Kaori İşikava: Azərbaycan DİM-5 hədəfinə çatmağa yaxındır

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri-5 hədəfinə çatmağa yaxındır.

“Report” xəbər verir ki, bunu BMT-nin Qadınlar Təşkilatının regional əlaqələndiricisi Kaori İşikava Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib

“Sevindirici haldır ki, Azərbaycan 4-cü Könüllü Milli Hesabatını təqdim etməyə hazırlaşır. Siz dünyada bu hesabatı hazırlayan azsaylı ölkələrdən birisiniz. Əldə olunan nəticələrin yenidən müzakirəsini səbirsizliklə gözləyirik. Mənim fikrimcə, müxtəlif hesabatlardan əldə edilən məlumatları təhlil edən Azərbaycan DİM-5 hədəfinə (“gender bərabərliyi” – red.) çatmaq yolundadır”, — K.İşikava bildirib.

Onun sözlərinə görə, Azərbaycan qadınların iqtisadi imkanlarının artırılması sahəsində irəliləyiş əldə etməyə çalışan ölkələr sırasındadır.





Source link

Comments (0)
Add Comment