“İstər Azərbaycanın, istərsə də ümumilikdə bütün türk dünyasının XX əsr ictimai-siyasi tarixində elə bir hadisə tapmaq çətindir ki, Birinci Türkoloji Qurultay qədər türk xalqlarının ictimai-mədəni həyatına bu dərəcədə təsir göstərə bilsin, onların dillərinin, ədəbiyyatının və mədəniyyətinin inkişafında bu qədər mühüm yer tuta bilsin”.
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin növbəti buraxılışında Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.
O qeyd edib ki, Birinci Türkoloji Qurultay, sadəcə, o dövrün tələblərindən doğan bir hadisə deyildi:
“Əslində, burada müzakirə olunan məsələlərin çox dərin tarixi kökləri var idi. Qurultay təxminən o hadisədən yüz il əvvəl türk dünyasında başlayan geniş və dərin ictimai müasirləşmə, həmçinin mədəni maarifçilik hərəkatının həm məntiqi davamı, həm də nəticəsi idi. Çünki orada qəbul olunan qərarlar və müzakirə edilən məsələlər onillərlə türk xalqlarının ictimai fikir gündəmində olan mövzular idi. Qurultayda qəbul edilən ən mühüm qərarlardan biri isə ortaq latın əsaslı əlifbaya keçidlə bağlı idi”.
Daha ətraflı videomaterialda: