İnformasiya Portalı

AKADEMİK MƏMMƏDTAĞI İBRAHİM OĞLU CƏFƏROV – 90 İLLİK YUBİLEY

0

Akademik Məmmədtаğı İbrahim oğlu Cəfərov Azərbaycan elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. Onun həyatı və fəaliyyəti bir məktəb, bir örnək və bir xidmət yoludur.

Uzun illər ərzində elmi-pedaqoji fəaliyyət göstərən Məmmədtаğı müəllim aqrar elmin inkişafına böyük töhfələr vermiş, yüzlərlə tələbənin və mütəxəssisin yetişməsində mühüm rol oynamışdır. Onun adı Azərbaycan Kənd Təsərrüfatı elminin inkişaf tarixinə qızıl hərflərlə yazılmışdır.

1990-cı illərin çətin və taleyüklü dövründə o, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etmiş, Yeni Azərbaycan Partiyasının yaranması prosesində öncül ziyalılardan biri kimi çıxış etmişdir. Onun adı həmin dövrün məsuliyyətli və vətənpərvər insanları sırasında hörmətlə çəkilir.

Bu gün onun 90 illik yubileyi qeyd edilərkən, Məmmədtаğı İbrahim oğlu Cəfərovun adı yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə örnək olan bir məktəb kimi anılır.

Onun adı elə bir adlardandır ki, 90 yaşlar deyiləndə, o böyük xidmətlər içində xüsusi ehtiramla xatırlanır.

Ruhu şad olsun, xatirəsi daimi yaşayacaq.

 

Fatehler.az təsisçi Azərbaycanın ilk Cüdoçu xanımlarından İdman Ustası məşqiçi (Neftçi) Azu Hüseynova.

Bir cavab yazın

Your email address will not be published.