Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” , “Vətən Uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
2021-ci il, sentyabrın 27-də Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Ali Baş Komandan İlham Əliyev əlində Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin şəklini tutmuşdu.