Masazırda fərdi yaşayış evində YANĞIN: İki nəfər həyatını itirdi

0 51

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 2-si, saat 05:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verən yanğın hadisəsi səbəbilə çağırış daxil olub.

“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində iki nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

07:12

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub.

Oxu.Az FHN-in məlumatına istinadən bildirir ki, hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

06:52

Avqustun 2-si səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın olub.

Oxu.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, fərdi yaşayış evindəki yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən nazirliyin qüvvələri tərəfindən tam söndürülüb.

Leave A Reply

Your email address will not be published.