Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb

0 9

30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.

Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.

Eyni gündə keçiriləcək Azərbaycan Respublikası Höküməti və Küveyt Dövləti Höküməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının ölkələrimiz arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.

Hər iki ölkənin yerləşdiyi coğrafi mövqenin nəqliyyat və kommunikasiyalar üzrə əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə, digər beynəlxalq təşkilatlar ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqlim dəyişmələri ilə mübarizə sahəsində gələcək birgə təşəbbüslər və mümkün səylər nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:51

Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar sahədəki aspektləri nəzərdən keçirilib.

Tərəflər Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.

Görüşdə Azərbaycanla Küveyt Dövləti arasında Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının III iclasının zəruriliyi qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə regionda vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri barədə məlumatlandırıb.

fatehler.az

Leave A Reply

Your email address will not be published.