Qlobal Cənub QHT Platformasının təsisi forumu çərçivəsində panel təşkil edilib

0 4

Qlobal Cənub QHT Platformasının təsisi forumu çərçivəsində “Qeyri-Hökumət Təşkilatları dəyişikliklərə təkan verir: Qlobal Cənubda Dayanıqlı İnkişaf Məqsədlərinin Təşviqi” adlı panel sessiyası keçirilib.

APA xəbər verir ki, paneldə bir sıra çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Xarvatiyalı QHT nümayəndəsi Antun Dujmoviç çıxışında bildirib ki, bu forum yeni müttəfiqlik, yeni kontaktlar üçün əsl fürsətdir: “Biz son illərdə diqqətimizi Avropa Ittifaqına üzvlüyə fokuslamışıq. Amma Qlobal Cənubla da əlaqələri gücləndirməliyik”.

İordaniya Senatının üzvü, Senatın Əlilliyi olan şəxslərlə iş üzrə komitəsinin sədri Asia Abdel Mutaleb cəmiyyətdə əlillərlə fərqli ünsiyyət vasitələrinin mövcudluğunu vacib sayıb: “Biz İordaniyada xüsusi təbəqədən olan şəxslərlə bağlı qanunların işləməsi üçün kifayət qədər mübarizə aparmışıq. Hesab edirəm ki, əlilliyi olan şəxslər bütün cəmiyyətlərdə daim öndə olmalıdır. Digər tərəfdən, hökumətlərlə əməkdaşlığın formalaşması çox vacibdir. Xüsusilə qadınlar və uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır”.

UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Filippindəki Mərkəzinin direktoru Sesil Qidote-Alvarez isə çıxışında mədəniyyətin roluna diqqət çəkib: “Azərbaycanın COP29-a liderliyi və ev sahibliyi, vətəndaş cəmiyyətinin cəlb edilməsi xüsusi qeyd edilməlidir. UNESCO Bakıda öz tərəfdaşları ilə xeyli görüşlər keçirib. Mədəniyyət sadəcə əyləncə kimi görülməməlidir. BMT-nin sazişləri komunikasiya problemləri ucbatından əhaliyə çatmır. Biz incəsənət xadimləri insanlara komunikasiyanın vacibliyini çatdırmalıyıq”.

Mərakeşin Həyat Bilgiləri Mərkəzinin Prezidenti Bujema Belhand isə qeyd edib ki, bugünkü forum çərçivəsində yaranan platforma təcrübə mübadiləsinə mühüm töhfə verəcək: “Afrika qitəsində vətəndaş cəmiyyəti baxımından böyük dinamizm hiss olunur. Biz təhsil, ətraf mühitin mühafizəsi, yoxsulluq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyən tərəfləri bir araya gətirmək istəyirik. Təmsil etdiyim qurum Mərakeş Krallığının 12 regionunda təhsil, ətraf mühit və iqlim dəyişikliyi məsələlərinin öyrənir. Həyata keçirilən layihələr vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Hər il mütəmadi olaraq 6 həftə ərzində iqlim, su və digər təbii resursların qarşılaşdığı problemləri müzakirə edirik. Çünki bu məsələlər milli, regional və qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır”.

Cenevrə Universitetinin professoru, BMT-nin Cenevrədəki Proqram direktoru Alexandre Hedjazi isə qarşıda duran əsas məsələlərə diqqət çəkib: “Dayanıqlı inkişaf məqsədlərinin icrası üçün o qədər də çox vaxt qalmayıb. Ona görə biz bu sahədə görülən tədbirləri sürətləndirməliyik. Bu tədbirlər çərçivəsində Qlobal Cənub QHT-lərinin qarşısında geniş imkanlar açılır. Bizim mərkəz ekologiya məsələləri üzrə ixtisaslaşıb. Əsas məqsədimiz hədəflərimizə doğru bizimlə bərabər gedəcək insanları ətrafımızda toplamaqdan ibarətdir. Qlobal birlik Şimal və Cənub arasında əlaqələrin qurulmasında daha böyük rol oynaya bilər. İqlim dəyişikliyi böyük böhrandır və bu, məskunlaşmaya böyük təsir göstərir”.

Sinqapur Milli Universitetinin Resursların İdarəolunması Kampusunun direktoru Linkolnt Teo ölkəsinin kiçikhəcmli iqtisadiyyata malik olduğunu, lakin buna baxmayaraq əməkdaşlığı gücləndirməyə çalışdıqlarını bildirib: “Qlobal Cənuba baxanda orada müstəmləkəçiliyi müşahidə edirik. Ekosistem özündə haqqında bəhs olunan bütün ehtiyacları ehtiva edir. Bəzən ölkələr üçün nəzərdə tutulan yardım lazımi istiqamətdə çatdırılmır, bu da bir sıra problemlərin yaranmasına səbəb olur. Daha bir vacib məqam siyasi tənzimlənmə məsələsidir. Biz innovativ maliyyənin buna daha çox ehtiyacı olan ölkələrə çatdırılmasına çalışırıq”.

Seyşel Adalarının Vətəndaş İştirakçılığı (CEPS) Platformasının rəhbəri Odil De Komarmon isə çıxışında ölkəsində vətəndaş cəmiyyətlərinin, QHT-lərin fəaliyyətindən danışıb: “Biz QHT platforması kimi ölkələrin hesabatları əsasında rəylər veririk. Qanunların, yeni qaydaların hazırlanmasında hökumətlə əməkdaşlıq etmişik. Seyşelin çox güclü ekoloji proqramları, layihələri mövcuddur və bu, Şimal ölkələrinin də diqqətini cəlb edir”.

Fəridə

Fərid Azəri

fatehler.az

Leave A Reply

Your email address will not be published.