Əvvəllər Niderland rəssamı Rembrandt van Reynə (1606-1669) aid edilən iki rəsm əslində onun işi deyil.
“Report” xəbər verir ki, bu barədə NOS televiziya kanalı sənət əsərlərinin saxlanıldığı Haaqadakı Mavritşuis muzeyinə istinadən məlumat yayıb.
Ən qabaqcıl texnologiyadan istifadə edilən tədqiqat, dünyada Rembrandt rəsmlərinin ən böyük kolleksiyalarından birinə sahib olan mədəniyyət müəssisəsinin özü tərəfindən başlanıb. 11 rəsm əsərinin rəssama aid edilməsi mübahisə doğurmur, muzeydə daha 7 rəsmlə bağlı müəyyən şübhələr var.
Bu günə qədər üç iş təsdiqlənib. Mütəxəssislər iki rəsm əsərinin – “Rembrandtın qorgetlə portreti” və “Qocanın etüdü”nin dəqiq Rembrandtın olmadığını təsdiqləyiblər, üçüncü əsərin – “Qoca taxtında”nın həqiqiliyi isə qeyri-müəyyən olaraq qalır.
Muzey tədqiqatçısı və bərpaçı Karol Pottaşın sözlərinə görə, rəsmləri Rembrandt özü çəkməsə də, onun emalatxanasında və ya tələbələrindən biri tərəfindən yaradıldığı istisna edilmir. “Bu, onun studiyasının necə işlədiyi və tələbələrinə necə öyrətdiyi barədə bizə dəyərli fikir verir”, – o deyib. Xüsusən “Qocanın etüdü” tablosunda çənə boyunca düzəliş xətti görünür ki, bu da Rembrandtın xarakterik üslubuna uyğundur və bu, rəssamın tələbəyə əsəri necə düzəltmək barədə göstərişlər verdiyini ehtimal edir. Tədqiqat prosesi zamanı sənət əsəri də bərpa olunub.