KİV: Filippinin keçmiş prezidenti Haaqada məhkəmə qarşısına çıxarılacaq

0 3

Filippinin keçmiş prezidenti Rodriqo Duterte (2016-2022) özəl təyyarə ilə Haaqaya uçub.

“Report” xəbər verir ki, bu barədə “Manila Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Haaqada ona qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında insanlıq əleyhinə cinayətlər törətməsi ilə bağlı ittihamlar irəli sürüləcək.

Bildirilib ki, Filippinin hüquq-mühafizə orqanlarının nümayəndələri Duterteni İnterpolun əməkdaşlarına təhvil veriblər.

Xatırladaq ki, Filippin polisi bu gün Duterteni BCM-in orderi əsasında insanlıq əleyhinə cinayətlərə görə həbs edib. Sabiq prezident isə Filippin məhkəməsi qarşısına çıxmağa hazır olduğunu bildirib.





Source link

Leave A Reply

Your email address will not be published.