2 yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu
«Report» xəbər verir ki, bunu «Şəki» basketbol klubunun baş məşqçisi Bedri Meriç NTD-yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
«Rəqibi qələbə münasibətilə təbrik edirəm. 2 yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu. Eyni zamanda uzunboylu oyunçumuz Karl Cons II periodda zədələndi. Bundan başqa, Ərcan Donat III periodda texniki faula görə oyundan uzaqlaşdırıldı. Ümumi götürsək, çıxışımız pis alındı. Buna baxmayaraq, cəmi 5 xal fərqlə uduzduq».
Qeyd edək ki, NTD — «Şəki» qarşılaşması birincilərin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb.