Boşanan arvadını öldürüb intihar etdi

0 3


Türkiyədə kişi ondan boşanan arvadını öldürərək intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Karatay qəsəbəsində baş verib. 37 yaşlı Yusuf Adıyaman boşanma ərəfəsində olan arvadı 42 yaşlı Həvva Adıyamanın yaşadığı evə gedib. Burada cütlük arasında mübahisə yaranıb.

Mübahisə zamanı kişi arvadını tapança ilə vuraraq, öldürüb. Daha sonra həmin silahla özünü də vuraraq intihar edib.

Silah səslərini eşidən bina sakinləri polis və təcili tibbi yardıma məlumat veriblər.

Hadisə ilə bağlı təhqiqat aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.