Putin ABŞ-nin yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa hazır olduğunu açıqlayıb

0 2

Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.

«Report» «İnterfaks»a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

«Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır», — o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.

“Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır», — Putin əlavə edib.





Source link

Leave A Reply

Your email address will not be published.