Polis məmuru oğluna görə arvadı da daxil olmaqla 5 nəfəri öldürdü

0 3


Türkiyədə polis məmuru qətliam törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisələr Mersin və Adana şəhərlərində qeydə alınıb.

Polis işçisi 43 yaşlı Mehmet Tehçi bir il əvvəl intihar edən oğlu 15 yaşlı Ökkeş Berk Tehçinin ölümündə arvadını və onun ailəsini günahkar bilərək qisas almağa çalışıb. O, əvvəlcə qaynı müəllim olan İsmayıl Tehçini kimsəsiz yerə apararaq, orada öldürüb. Sonra Mersinin Tarsus qəsəbəsindəki evlərinə gedərək öz arvadı 37 yaşlı Ferdana Tehçinin başını kəsərək həyatına son qoyub. Lakin cinayətkar bununla da kifayətlənməyib.

O, Adana şəhərinə yollanaraq, səhər yeməyi yeyən qayınatası Yusif və qayınanası Hüsne Tehçinin də başını kəsib. Həmçinin baldızı Semihanı da ürəyindən bıçaqla vuraraq, hər üçünü öldürüb. Bundan sonra Osmaniyyədə ki digər qohumlarını öldürməyə gedib.

Lakin polis əməkdaşları qətllərlə bağlı hərəkətə keçib və şübhəlinin Osmaniyyəyə getməsi barədə məlumat alıb. Keçirilən əməliyyat tədbirləri ilə o, Ceyhan Yılan Kale yolunda saxlanılaraq, istintaqa təhvil verilib. Meyitlər isə müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə yerləşdirilib.

Araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.