Bolqarıstan rəsmisi: «Orta Dəhliz strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq»

0 4

Orta Dəhliz son dərəcə mühüm layihədir və Bolqarıstan bu marşrutu dəstəkləyir.

Bunu “Report”a müsahibəsində Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov deyib.

O bildirib ki, bu dəhliz tam şəkildə fəaliyyət göstərərsə, strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq.

Nazir müavini qeyd edib ki, layihənin yekunlaşması nəticəsində yükdaşımaların daha sürətli və səmərəli olacağı, həmçinin biznes mühiti və ticarət üçün yeni imkanlar təqdim edəcəyi proqnozlaşdırılır.

«Nəqliyyat ölkələrimiz arasında ticarətin həcminin artırılması istiqamətində mühüm amildir. Bu kontekstdə məhsulların logistikasının daha sürətli və səmərəli olması böyük əhəmiyyət kəsb edir. Bununla belə, şirkətlərimizi bir araya gətirmək, müxtəlif yarmarkalarda, biznes forumlarda iştirak etmək, iş adamlarımızı görüşməyə, birgə işləməyə təşviq etmək lazımdır. Bu addımlar ticarətimizin şaxələndirilməsi üçün imkanlar yaradacaq. Hazırda ticarətimizin böyük hissəsi təbii qaza yönəlib, lakin potensialımız daha genişdir. Biz müxtəlif məhsullar vasitəsilə ticarətimizi şaxələndirə bilərik», — N. Pavlov vurğulayıb.

Nikolay Pavlov ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.





Source link

Leave A Reply

Your email address will not be published.