Vegetarian qardaşlar toyuğa görə qardaşlarını öldürdülər

0 2

Hindistanda 2 vegetarian qardaş ət yeyən balaca qardaşlarını öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Madhya Pradeş əyalətində baş verib.

Ailədə ət yeməyən yalnız Anşul olub, lakin o, adətən evdən kənarda ət yeyib. Noyabrın 15-də o, evə sərxoş halda gəlib və özü ilə toyuq gətirib. Kişi toyuğu mətbəxdə özü bişirib və yeməyə başlayıb.

Məlum olub ki, o, iki böyük qardaşı Aman və Kuldeepi ələ salıb. Bu da onlar arasında münaqişəyə səbəb olub. Qardaşlar Anşula hücum edərək onu kəndirlə boğmağa başlayıblar. Daha sonra Anşulu huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlər onu xilas edə bilməyiblər.

Xəstəxana işçiləri hadisə barədə polisə məlumat verib. Qardaşların Anşulun başına gələnlərlə bağlı ilkin ifadələri hüquq-mühafizə orqanlarının əməkdaşlarında şübhə yaradıb. Amma Aman və Kuldeep hər şeyi etiraf ediblər. Onlar həbs olunublar.



Source link

Leave A Reply

Your email address will not be published.