Ana 2 yaşlı oğlunun yeməyinə «kislota» töküb öldürdü

0 3


Türkiyədə gənc ana 2 yaşlı oğlunu zəhərləyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərində baş verib.

50 gündür xəstəxanada ölümlə mübarizə aparan 2 yaşlı Yunus Əmrə Çiçək noyabrın 14-də ölüb. Araşdırma zamanı məlum olub ki, anası 23 yaşlı Dilək Çiçək uşağın yeməyinə paltar suyu və sulfat turşusu (kislota) töküb. Nəticədə azyaşlı zəhərlənib.

Məlumata görə, Yunus Əmrə Çiçək qeyri-rəsmi nikahdan dünyaya gəlib. Anası polisə ifadəsində uşağa və özünə sahib çıxan olmadığı üçün özünü itirdiyini və məlum cinayəti törətdiyini deyib.

Qadın barəsində cinayət işi açılıb və o, həbsxanaya atılıb. Uşağın atası 46 yaşlı Yılmaz E. isə şərti azadlığa buraxılıb.

Araşdırmalar davam etdirilir.



Source link

Leave A Reply

Your email address will not be published.