Bakıda 20 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi haqda qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 27 yaşlı Təbriz Qasımov könüllü polisə təslim olub.
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında yaranan mübahisə zamanı bacısını boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.
BREAKING NEWS
- Bağçada işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib
- Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 9 %-dən çox artıb
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verib
- Səudiyyə Ərəbistanının Kralı və Vəliəhd Şahzadəsi təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
- Azərbaycanlı kişi onu tərk edən sevgilisinin gözlərini çıxartdı
- Təyyarədə dostumun oğlu da olub
- «Real» yetirməsi ilə yollarını ayıra bilər
- Azərbaycan məscidlərində matəm günü ilə əlaqədar anma tədbirləri keçiriləcək
- Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib