Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.
«Report» xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.
Barradanın ölüm səbəbi ürəktutması olub. Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə «Marsel» arasında keçiriləcək matçdan öncə sabiq yarımmüdafiəçi üçün bir dəqiqəlik sükut planlaşdırılır.
Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada «Marsel», Türkiyədə «Antalyaspor» klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.