Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin 9 ayına həsr olunan kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.