İmişli rayonunda “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib.
«Report»un Muğan bürosunun məlumatına görə, rayonun mərkəzi xəstəxanasının binasında təşkil edilən aksiyada İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər.
Mərkəzi Qan Bankının həkim briqadası xəstəxananın tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 100-ə yaxın könüllü donordan qan götürülüb.
Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarlıqlarını bildiriblər.