Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.
«Report» xəbər verir ki, Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə — Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.
16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə, Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.