Azərbaycan və Latviyanın xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

0 15

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

«Report» xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Latviya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər nazirləri, həmçinin COP29-a hazırlıq, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın sülh səylərini müzakirə ediblər.





Source link

Leave A Reply

Your email address will not be published.