Efiopiyanın cənubunda azı 28 nəfərin ölümü, 19 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
«Report» xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Voleyta vilayətinin rəsmiləri sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, paytaxt Əddis-Əbəbədən təxminən 400 km cənubda Kindo Didaye bölgəsində sərnişinləri daşıyan avtobus sürücü idarəetməni itirdiyi üçün suya düşüb.
Qeyd olunur ki, zərərçəkənlərin sayı arta bilər, axtarışlar davam edir.