Daşkəsəndə dumanlı hava şəraiti ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
«Report»un Qərb bürosunun məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb.
«UAZ» markalı avtomobilin aşması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.