kişini qəsdən maşınla vurub öldürdü

0 2

Bu gün Yevlax şəhər ərazisində rayon sakini 39 yaşlı Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı rayon sakini Zamin Cavadov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.