«Qarabağ» — «Neftçi» oyununda ikinci hissə başlayıb — YENİLƏNİB-5

0 2

Azərbaycan Premyer Liqasının VII turunun «Qarabağ» — «Neftçi» oyununda ikinci hissə başlayıb.

«Report»un məlumatına görə, Ağdam təmsilçisi hazırda 3:0 hesabı ilə öndədir.

20:51

Azərbaycan Premyer Liqasının VII turunun «Qarabağ» — «Neftçi» oyununda ilk hissə başa çatıb.

«Report»un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb — 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

20:31

Azərbaycan Premyer Liqasının VII turunun «Qarabağ» — «Neftçi» oyununda ikinci qol vurulub.

«Report»un məlumatına görə, Ağdam təmsilçisi növbəti dəfə rəqibini meydanın mərkəzinə dəvət edib — 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

20:22

Azərbaycan Premyer Liqasının VII turunun «Qarabağ» — «Neftçi» oyununda hesab açılıb.

«Report»un məlumatına görə, «Neftçi»nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

20:00

Azərbaycan Premyer Liqasının VII turunun «Qarabağ» — «Neftçi» oyunu başlayıb.

«Report»un məlumatına görə, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.





Source link

Leave A Reply

Your email address will not be published.