Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

0 2

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin «Yanq Boys»la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin «Qalatasaray» klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

«Report» xəbər verir ki, UEFA uruqvaylı əlcək sahibini 3 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, 38 yaşlı qolkiper sözügedən qarşılaşmanın 87-ci dəqiqəsində fərqlənən Alan Virjinyusa təpik vuraraq münaqişəyə səbəb olub və qırmızı vərəqə ilə cəzalandırılıb.

«Yanq Boys»a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) «sarı-qırmızılar» yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve «Elfsborq»la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.





Source link

Leave A Reply

Your email address will not be published.