Türkiyədə 5 aydır axtarışda olan qadının öldürüldüyü məlum olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, Konya şəhərində yaşayan Çiğdem E-nin 5 ay əvvəl itkin düşməsi ilə bağlı yaxınları polisə müraciət edib. Aparılan araşdırmaların sonunda polis kameralara baxaraq, qadının 4 əfqanıstanlı ilə birlikdə olduğunu öyrənib.
Həmin əfqanlar saxlanılıb və onlar qadını öldürdüklərini etiraf ediblər.Məlum olub ki, cinayətkarlar qadını öldürərərk Karatay qəsəbəsində evlərdən birinin həyətində basdırıblar. Meyit həmin yerdən çıxarılaraq, müayinə üçün aidiyyatı şöbəyə göndərilib.
Araşdırma aparılır.