Məşhur müğənni özünü öldürmək istəyən qadını xilas etdi

0 7


Amerikanın məşhur rok qrupu “Bon Jovi”nin solisti Con Bon Covi bir qadını intihardan xilas edərək faciənin qarşısını alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qrupun klip çəkilişi zamanı yoldan keçənlərdən biri körpüdən tullanmaq istəyib. Con Bon Covi Neşvildə Con Seigenthaler körpüsünün kənarında dayanan qadının təhlükəli addım atmağa hazırlaşdığını görüb.

Hadisə anını əks etdirən videonu Neşvil Polis İdarəsi yayıb. Kadrlarda Bon Covinin körpüdə yavaş-yavaş bir qadına yaxınlaşdığı görünür.

62 yaşlı musiqiçi ondan bir neçə addım aralıda dayanıb və onu sakitləşdirməyə və niyyətindən yayındırmağa çalışaraq danışmağa başlayıb.

Müğənninin və yoldan keçən birinin köməyi ilə qadın intihara cəhddən əl çəkməyə razılaşdırılıb. Görüntülərdə onların məhəccərdən aşaraq ona geri qayıtmasına kömək etdikləri və vəziyyəti sabitləşdirmək üçün danışmağa davam etdikləri görünür.

 



Source link

Leave A Reply

Your email address will not be published.