Qazaxıstan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

0 18

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

«Report» xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər əlaqələrin inkişafını məmnunluqla qeyd ediblər.

Həmçinin, strateji əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulanıb.

Y.Gülər, öz növbəsində, Qazaxıstan torpağında səmimi qəbula görə təşəkkür edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. O, Qazaxıstanın bir sıra regional və beynəlxalq problemlərin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.





Source link

Leave A Reply

Your email address will not be published.