Şəkidə heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən olunub

0 20

Sosial şəbəkələrdə Şəkidə inəyə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılıb.

«Report»un xəbərinə görə, həmin şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğunu polis müəyyən edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Leave A Reply

Your email address will not be published.