«Araz-Naxçıvan» Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

0 21


Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən «Araz-Naxçıvan» klubu turnirin ilkin mərhələsində növbəti qələbəsini qazanıb.

«Report» xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə matçda 7:0 hesabı ilə qalib gəlib.

Oyun İsveçin Uddevalla şəhərində gerçəkləşib.

Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Leave A Reply

Your email address will not be published.