Türkiyənin «Fənərbağça» klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.
«Report» xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər «Başakşəhər» komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Krespo son olaraq icarə əsasında İspaniyanın «Rayo Valyekano» kollektivində çıxış edib.