Parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

0 52


Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb.

«Report» xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 46 807 min yerli müşahidəçi qeydiyyatdan keçib.

«Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib».

Leave A Reply

Your email address will not be published.