Borca görə dostunu evində öldürdü

0 23


Türkiyədə gənc oğlan borca görə dostunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun şəhəri İlkadım qəsəbəsində baş verib. 21 yaşlı Ahmet Can F. Borc məsələsinə görə dostu Emre Başın evinə gedib. Burada tərəflər arasında mübahisə yaranıb və Ahmet Emreyə bıçaqla 3 zərbə vurub.

Xəstəxanaya aparılan Emre Baş orada ölüb.

Hadisədən sonra Ahmet Can F.polisə təslim olub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.



Source link

Leave A Reply

Your email address will not be published.