Kürdəmirdə sürücü qadın sərnişini döyüb qarət etdi

0 18

Kürdəmirdə sürücü qadın sərnişini qarət edib.

Lent.az xəbər verir ki, hadisə Karrar kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə Sığırlı kəndindən 69 yaşlı Kərimova Tubu Musa qızını götürüb. Karrar kəndində isə onu döyüb hədələyərək üzərində olan 50 manat pulunu alıb. Həmçinin qadına qarşı digər qanunsuz hərəkətlər edib.

Zərərçəkən bu barədə polisə müraciətində bildirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, əməli törədən bir nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalar davam etdirilir.



Source link

Leave A Reply

Your email address will not be published.