Ekspert: Pakistana investisiya yatırımı Azərbaycan üçün maraqlı ola bilər

0 21

Bakı və İslamabad arasında imzalanan Memorandum Azərbaycan şirkətləri üçün Pakistanda mineral ehtiyatların kəşfiyyatı və potensial hasilatı üçün imkanlar açır.

Bunu «Report»a açıqlamasında pakistanlı politoloq Bəsim Rza bildirib.

O qeyd edib ki, İslamabadın dağ-mədən sənayesində xarici şirkətlərlə, o cümlədən Çin şirkətləri ilə əməkdaşlıq təcrübəsi var, onların bəziləri Bəlucistanda “Saindak” layihəsinin həyata keçirilməsində fəal iştirak edir: “Bu kimi layihələr Pakistanın mineral ehtiyatlarını inkişaf etdirmək üçün xarici şirkətlərlə əməkdaşlıq qabiliyyətini vurğulayır”.

B.Rza bildirib ki, İslamabad və Bakı arasında “mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Pakistanın yer təkinin böyük potensialının reallaşdırılması istiqamətində mühüm addımdır.

Onun fikrincə, bu cür əməkdaşlıq Pakistanın dağ-mədən sənayesində Azərbaycanın təcrübəsindən və investisiyalarından istifadə etməyə imkan verəcək: “Pakistan müxtəlif qiymətli metalların və mineralların böyük ehtiyatlarına malikdir, bu da onu perspektivli dağ-mədən investisiya məkanına çevirir. Ölkənin mineral sərvətlərinə, həmçinin dəmir və qurğuşun-sink filizlərinin, xromitlərin və qiymətli daşların əhəmiyyətli yataqları daxildir”.

Leave A Reply

Your email address will not be published.